Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq etdi – FOTO/VİDEO

Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq etdi – FOTO/VİDEO

Hazırda oxunan: Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq etdi – FOTO/VİDEO

223828

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın rusiyapərəst hakimiyyət orqanlarına qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yaydığı videomüraciətdə bildirib.

Məlumata görə, Gürcüstanın indiki baş naziri İrakli Kobaxidze və rəhbərliyin digər nümayəndələri Ukraynanın sanksiya siyahısına daxil edilib.


“Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarının qüvvəyə minməsi ilə bağlı fərman imzaladım.

Ukrayna keçmiş baş nazir Bidzin İvanişviliyə və onun əlaltılarına – 19 nəfərə qarşı sanksiyalar tətbiq edib. Onlar Gürcüstanın və xalqın maraqlarını satanlardır.

Biz bununla Avropanı, Amerikanı, dünyada hər kəsi eyni şəkildə, yəni prinsipial şəkildə hərəkət etməyə çağırırıq” – o deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski baş verən hadisələrə reaksiya olaraq ötən gün Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırladığını açıqlamışdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO