Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşlarını təhdid etdilər

Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşlarını təhdid etdilər

Hazırda oxunan: Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşlarını təhdid etdilər
215876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib.

Onun sözlərinə görə, MSK əməkdaşlarına gələn bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımızın şəxsi məlumatlarını bildiyini təsdiqləyir.

Kalandarişvili vurğulayıb ki, oxşar hallar əvvəllər də baş verib. MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) adından da vətəndaşlara saxta bildirişlər göndərilir.

DİN-nin rəsmi səhifəsində deyilir ki, vətəndaşları məlumatlandırmaq üçün nazirlik tərəfindən heç bir mesaj göndərilməyib. DİN vətəndaşları yanılmamağa çağırıb və faktın araşdırılacağını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO