"O, siyasi həyatının ən böyük səhvini etdi."
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova Hollandiya XİN-in keçmiş rəhbəri Halbe Zeylstra barədə danışarkən bildirib.
Zaxarova Zeylstranın Putinlə görüşməsi barədə yalan söyləməsinə belə reaksiya verib: "Şərhə ehtiyac varmı? Ən yaxşısı mən sizdən oxuyum".
Qeyd edək ki, ötən gün nazir Halbe Zeylstra Rusiya Prezidenti Vladimir Putinlə 12 il əvvəl görüşdüyü və onun Böyük Rusiya planları barədə o zaman eşitdiyi barədə 2 il əvvəl dediyi sözlərin yalan olduğunu bildirmiş, bu yalana görə Rusiya səfərini təxirə salmış və istefa vermişdi.(Axar.az)





































































































