Beynəlxalq Valyuta Fondu Ukraynaya 1.1 milyard dollar ayıracaq

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1.1 milyard dollar ayıracaq

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondu Ukraynaya 1.1 milyard dollar ayıracaq
210985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Ukrayna hakimiyyəti 15.6 milyard dollar həcmində yardım proqramından 1.1 milyard dollar məbləğində tranşın ayrılması barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, müvafiq bəyanat BVF-nin saytında dərc edilib.

Bəyanata əsasən, təşkilatın vəsait ayırmaq qərarına Ukrayna hakimiyyətinin ölkə iqtisadiyyatını proqramın iyun ayı üçün müəyyən etdiyi bütün kəmiyyət səmərəlilik meyarlarına uyğunlaşdırması səbəb olub.

Həmçinin BVF-nin müsbət qərarının səbəbi Kiyevlə hərbi münaqişə şəraitində Ukraynanın makroiqtisadi sabitliyini dəstəkləməyə yönəlmiş siyasət və islahatların düzəlişləri barədə razılığın əldə edilməsi olub.

Avqustun 28-də "Bloomberg" agentliyi xəbər vermişdi ki, BVF nümayəndələri sentyabrın 4-də Ukraynaya ölkənin büdcə proqnozunu təhlil və Kiyevə 1.1 milyard məbləğində yardımın ayrılması barədə qərar qəbul etmək üçün gedəcəklər.

2023-cü ilin martında BVF Ukrayna üçün 15.6 milyard dollar həcmində dördillik proqramı təsdiqləyib. Maliyyə vəsaitini əldə etmək üçün Kiyev müəyyən öhdəlikləri yerinə yetirməlidir.

BVF-dən vəsaitlər bu şərtlərin yerinə yetirilməsinin yoxlanılmasından sonra ayrı-ayrı tranşlarla daxil olur.

Xatırladaq ki, Ukrayna bundan əvvəlki 2.2 milyard dollar məbləğində olan tranşı isə iyul ayının əvvəlində alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO