Alen Delon 35 ev itini basdırdığı bağ evinin həyətində dəfn olunacaq

Alen Delon 35 ev itini basdırdığı bağ evinin həyətində dəfn olunacaq

Hazırda oxunan: Alen Delon 35 ev itini basdırdığı bağ evinin həyətində dəfn olunacaq
208182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heyvan hüquqları müdafiəçiləri 88 yaşında vəfat edən aktyor Alen Delonun vəsiyyətinə qarşı çıxıblar.

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, dəfn mərasiminin ictimaiyyətə açıq formada keçirilməsini istəməyən aktyor itləri ilə birgə dəfn olunmasını vəsiyyət edib.

Aktyorun 10 yaşlı Lubo adlı itinin də yatırılaraq öldürülməsi və dəfn olunması aktivistlərin etirazından sonra rədd edilib. Aktyorun qızı Anuşka Lubonun ailənin bir üzvü olduğunu və yatırılmayacağını açıqlayıb.

Alen Delon ən azı 35 ev itini basdırdığı bağ evinin həyətində dəfn olunacaq.

Dəfn mərasimində çəkiliş olmayacaq, qonaqlardan mobil telefonlar təhvil alınacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO