Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı - FOTO

Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı - FOTO

Hazırda oxunan: Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı - FOTO
201426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstan Prezidenti Sadır Japarovun qardaşının kürəkəni saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Qeyd olunub ki, Aftandil Sabırbekov istintaq təcridxanasına göndərilib. Bununla bağlı Bişkekin Pervomayski rayon məhkəməsi qərar qəbul edib.
Kürəkən qanunsuz olaraq narkotik, psixotrop maddələr və onların analoqlarını hazırlamaqda (Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 282-ci maddəsi) təqsirləndirilir.

O da bildirilib ki, Aftandil Sabırbekov 2024-cü il avqustun 3-dək istintaq təcridxanasında qalacaq.

Dövlət başçısının mətbuat xidməti isə xəbəri belə şərh edib:

“Təsdiq edirik ki, prezidentin kiçik qardaşı qızının nişanlısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Gənc oğlan qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün hakimiyyətdə olan insanları alətə çevirmək, özünə “Krişa” tapmaq istəyirmiş”.

Xatırladaq ki, bir müddət öncə Aftandil Sabırbekov Prezident Sadır Japarovun qardaşı qızına ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus helikopteri evlilik təklifi zamanı istifadəsi ilə gündəmə gəlmişdi.
Prezident Japarov isə qardaşı qızının bu hərəkətinə görə xalqdan üzr istəmişdi.

Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO