Məsud Pezeşkian İranın yeni prezidenti seçilib

Məsud Pezeşkian İranın yeni prezidenti seçilib

Hazırda oxunan: Məsud Pezeşkian İranın yeni prezidenti seçilib
200672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda keçirilən prezident seçkilərində islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkian qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.

O, IRIB telekanalında bildirib ki, bütün 30,530 milyon bülletenlərin hesablanmasının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb - ümumi səslərin azı 53,6 faizi. İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3 faiz səs toplayıb. Eslami qeyd edib ki, seçici fəallığı 49,8 faiz təşkil edib.

Səsvermənin ikinci turunda ümumilikdə 30,530 milyon seçici iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO