DİM: Hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

DİM: Hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Hazırda oxunan: DİM: Hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub
198824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ildə 11-ci sinif məzunlarının sayı 97978 nəfər, hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub. 2022-ci ildə bu göstərici 57.1, 2021-ci ildə 60.1, 2020-ci ildə 61.2, 2019-cu ildə 59.9, 2018-ci ildə isə 54.7 olub. Plan yerlərinin sayının artmasına baxmayaraq 2022-cİ illə müqayisədə hər 100 məzuna düşən plan yerlərinin sayı dəyişməyib. Çünki məzunların sayı da artıb (90697 nəfərdən 97978 nəfərə).

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin 2023-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Dövlət sifarişi üzrə bu göstəriciyə nəzər salsaq, görərik ki, 2023-cü ildə hər 100 məzuna düşən yerlərin sayı 26.6, 2022-ci ildə 25.6, 2021-ci ildə 27.1, 2020-ci ildə 26.9, 2019-cu ildə 24.8, 2018-ci ildə isə 14.4 olub. 2019-cu ildə 2018-ci illə müqayisədə bu dərəcədə kəskin artımın səbəbi dövlət sifarişi üzrə ayrılan yerlərin kəskin artması (birdən-birə 11871 yerdən 19842 yerə) ilə əlaqədardır.

Elmi-statistik materiallar “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO