Kremldən açıqlama: “Putinin Baydenlə görüşü yayda baş tutacaq”

Hazırda oxunan: Kremldən açıqlama: “Putinin Baydenlə görüşü yayda baş tutacaq”

19170

Kreml Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin 15-16 iyun tarixlərində keçirəcəyi görüşü təsdiqləməyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb. 

Mənbə liderlərin yayda görüşmək ehtimalını təkzib etməyib:

“Amma hələ dəqiq bir tarix yoxdur”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında görüşün keçiriləcəyi ölkənin adını çəkməyib.

Bundan əvvəl Bayden Putinlə telefon danışığında üçüncü ölkədə şəxsi görüş keçirməsini təklif etmişdi. 

ABŞ-ın dövlət katibi Antoni Blinken mövzu ilə bağlı deyib ki, Bayden Putinlə önümüzdəki həftələrdə görüşmək istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO