“Qərb başa düşməlidir ki, Avropada sülh erası bitib”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “The Guardian”a müsahibəsində bildirib.
Kuleba ABŞ-ın ölkəsinə 60 milyard dollardan çox məbləğdə hərbi yardım paketinin təsdiqini alqışlayıb, lakin bunun Rusiya ilə müharibədə qalib gəlmək üçün kifayət etmədiyini qeyd edib.
"Heç bir paket rusları dayandıra bilməz. Rusları dayandıracaq yeganə üsul bütün Ukraynanın və onun bütün tərəfdaşlarının vahid cəbhədə birləşməsidir.. İki illik müharibədə Rusiyanın hərbi-sənaye bazasının inkişafında nələrə nail olduğuna baxanda və bunu Qərbin əldə etdikləri ilə müqayisə etsək, mənə elə gəlir ki, Qərbdə nə isə səhv gedir”, - deyə diplomat bildirib.
O qeyd edib ki, Qərb ölkələrində müdafiə istehsalının pik həddi bu ilin sonundan tez olmayacaq. Eyni zamanda, hazırda cəbhədə Rusiya ordusu artilleriyada Ukrayna qüvvələri üzərində çoxsaylı üstünlüklərə malikdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:29 / 24.04.2024
Kuleba: “Qərb başa düşməlidir ki, Avropada sülh erası bitib”
Hazırda oxunan: Kuleba: “Qərb başa düşməlidir ki, Avropada sülh erası bitib”
Hazırda oxunan: Kuleba: “Qərb başa düşməlidir ki, Avropada sülh erası bitib”
188835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.