Rəşt-Astara dəmir yolunun tikintisi nə vaxt yekunlaşacaq? - Rusiyalı nazirdən açıqlama

Hazırda oxunan: Rəşt-Astara dəmir yolunun tikintisi nə vaxt yekunlaşacaq? - Rusiyalı nazirdən açıqlama

188531

“Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisi 2027-2028-ci illərdə yekunlaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın nəqliyyat naziri Vitali Savelyev yayıb.

"İran tərəfi ilə birgə inşa etdiyimiz Rəşt-Astara dəmir yolunun uzunluğu 162 km-dir. Hazırda işlər davam edir, layihəni 2027-2028-ci illərdə bitirəcəyik. Parallel olaraq Azərbaycan tərəfi 7 milyon ton yük daşımağa imkan verən yolun özünə aid olan hissəsini yaxşılaşdırır”, - deyə o, qeyd edib.
Nazir vurğulayıb ki, yaxın perspektivdə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yükdaşımanın 7 milyon tondan 15 milyon tonadək artması mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO