Zelenskidən ABŞ-nin yardımı ilə bağlı PAYLAŞIM: “Təşəkkür edirəm, Amerika!” - FOTO

Hazırda oxunan: Zelenskidən ABŞ-nin yardımı ilə bağlı PAYLAŞIM: “Təşəkkür edirəm, Amerika!” - FOTO

188161

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasına Ukraynaya yardımla bağlı qanun layihəsinə görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə rəsmi “X” hesabında yazıb.

“Bu gün Nümayəndələr Palatası tərəfindən qəbul edilən ABŞ-ın həyati əhəmiyyətli yardım qanun layihəsi müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə və hər iki xalqımızı daha güclü etməyə kömək edəcək.

Sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə edilə bilər.

Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və baxılmaq üçün prezident Baydenə göndəriləcək. Təşəkkür edirəm, Amerika!", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, az əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60,8 milyard dollar ayırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Həmçinin Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO