Ukrayna Aİ-dən 1,9 milyard avro yardım ALACAQ 

Hazırda oxunan: Ukrayna Aİ-dən 1,9 milyard avro yardım ALACAQ 

187007

Ukrayna may ayında Avropa İttifaqından (Aİ) 1,9 milyard avro yardım ala bilər.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis jurnalistlərə açıqlamasında deyib.

Onun sörlərinə görə, rəsmi Kiyev mart ayında Ukrayna üçün ayrılan 50 milyard avronun 1,5 milyard hissəsini artıq alıb: “Bu məbləğin yerdə qalan ölkənin hesabına köçürülməsi üçün Ukrayna hökuməti təsdiqlənmiş islahat paketini yerinə yetirməlidir:

Hazırda Avropa Komissiyası hökumətin icra etdiyi islahat proqramlarını qiymətləndirir. Tezliklə bu proses başa çatacaq. Daha sonra Avropa İttifaqı Şurası Ukraynaya daha 1,9 milyard avro vəsaitin ayrılıb-ayrılmayacağına qərar verəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO