Tramp Üçüncü Dünya Müharibəsinin ANONSUNU VERDİ

Hazırda oxunan: Tramp Üçüncü Dünya Müharibəsinin ANONSUNU VERDİ

186954

“İsrailin başına gələnlər dünya müharibəsi ilə nəticələnə bilər”. 

Bizim.Media xəbər verir ki, bunu cümə günü Floridadakı Mar-a-Laqo mülkündə Nümayəndələr Palatasının sədri, partiya üzvü Mayk Consonla görüşdən sonra keçirilən mətbuat konfransında danışan Donald Tramp deyib.

Keçmiş Amerika prezidenti Baydenin hərəkətlərinin dünya müharibəsinə səbəb ola biləcəyini qeyd edib.

“Noyabrın 5-nə (ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyi tarix - red.) yeddi aydan az vaxt qalıb. İki sözü bir araya gətirə bilməyən prezidentimiz var. Hadisə yerindən çıxış yolu tapa bilməyən prezidentimiz var. Nə etdiyini başa düşməyən bir prezidentimiz var”, - deyə Tramp əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO