"Kanal 11" internet televiziyasının direktorunun məhkəməsi başlayıb

Hazırda oxunan: "Kanal 11" internet televiziyasının direktorunun məhkəməsi başlayıb
185871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özgənin əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Kanal 11" internet televiziyasının direktoru Teymur Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxsin vəkili Nemət Kərimli vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Daha sonra çıxış edən prokuror Fariz Rzayev prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb.

Məhkəmənin ilk baxış iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, T.Kərimov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO