Türkiyənin 32 vilayətində seçkilər başa çatdı

Türkiyənin 32 vilayətində seçkilər başa çatdı

Hazırda oxunan: Türkiyənin 32 vilayətində seçkilər başa çatdı

185022

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilər üzrə səsvermə prosesi ölkənin 32 vilayətində başa çatıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, bu vilayətlərdə səsvermə müddəti bir saat qabağa alınıb və yerli vaxtla saat 07:00-da başlayıb, 16:00-da başa çatıb.

Həmin bölgələr istisna olmaqla, Türkiyənin əksər vilayətlərində seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanacaq.
Xatırladaq ki, seçkilərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədlər yarışır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO