Crocus City Hall-a dəyən ziyan 185 milyon manata ÇATA BİLƏR 

Hazırda oxunan: Crocus City Hall-a dəyən ziyan 185 milyon manata ÇATA BİLƏR 

183888

Moskvada Crocus City Hall-da baş verən terror aktından sonra baş vermiş yanğın nəticəsində dəyən ziyan təxminən 10 milyard rubl (cari məzənnə ilə 185 milyon manat) təşkil edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın sığorta bazarındakı mənbədən TASS-a bildirilib. 

"Yanğın nəticəsində Crocus City Hall-un əmlakına dəyən zərər ilkin olaraq 10 milyard rubl qiymətləndirilir. Bina ənənəvi olaraq sığortalanıb", - agentliyin həmsöhbəti bildirib. 

Martın 22-də axşam Moskvada Crocus City Hall-da naməlum şəxslər avtomat silahdan atəş açıb, binada partlayış baş verib və yanğın başlayıb. Son məlumata görə, terror aktında ölənlərin sayı 143 nəfərə çatıb. 

Crocus City Hall 2009-cu ilin oktyabrında açılıb. 2015-ci ildə Ağalarov RBC-yə müsahibəsində bildirmişdi ki, konsert zalının tikintisi 70 milyon dollara başa gəlib, onun 35%-i kredit vəsaiti olub. Crocus City Hall-un maksimal tutumu 9,5 min nəfəri ötür. 2022-ci ildə zal modernləşdirilib. Həmin binada 225 otaqlı üçulduzlu “Aquarium Crocus City" oteli də fəaliyyət göstərir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO