Rusiyada seçki qutularına boya tökdülər - VİDEO

Rusiyada seçki qutularına boya tökdülər - VİDEO

Hazırda oxunan: Rusiyada seçki qutularına boya tökdülər - VİDEO

183021

Bu gün Rusiyada prezident seçkilərinin 3-cü və sonuncu günüdür. Ölkə daxilində və xaricdə səsvermə davam edir. 3 gün davam edəcək seçki prosesi bu gün saat 20.00-da başa çatacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə prosesi davam edərkən bir çox seçki mərkəzlərinə hücum edilib.

Bəzi seçicilər seçki qutusuna boya töküblər. Bəziləri seçki mərkəzinə molotov kokteyli atıblar. Vahid Rusiya Partiyasının bir çox qərargahı və elektron xidmətləri də kiberhücuma məruz qalıb.

Xatırladaq ki, Rusiya prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO