Kİm Çen Putinin ona bağışladığı avtomobillə təlimə qatıldı - FOTO/VİDEO

Hazırda oxunan: Kİm Çen Putinin ona bağışladığı avtomobillə təlimə qatıldı - FOTO/VİDEO

182872

Şimali Koreya lideri Kim Çen In qızı ilə infiltrasiya əməliyyatını simulyasiya edən hərbi təlimi izləyib. Digər tərəfdən Kim Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi lüks avtomobillə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In dünən əsgərlərin düşmən ərazisinə hücumunu simulyasiya etdiyi hərbi təlimi izləyib, Koreya Mərkəzi Dövlət Agentliyi (KCNA) bildirib. Agentliyin yayımladığı fotolarda Kimin qızı da onunla birlikdə görüntülənib.

Paraşüt təliminin cümə axşamı günü başa çatan,  11 günlük Cənubi Koreya-ABŞ hərbi təlimlərinə cavab olaraq Kimin son günlərdə keçirdiyi bir sıra hərbi təlimlərin sonuncusu olduğu düşünülür.

Kim ABŞ və Cənubi Koreyanın təlimlərini təhlükə olaraq görür.

Təlimlərə baxdıqdan sonra Kim hərbçilərə gələcək təlimləri daha intensiv keçirməyi və müharibəyə tam hazırlaşmağı əmr edib.

Təlimdə diqqəti çəkən məqam isə Rusiya prezidenti V.Putinin ona hədiyyə etdiyi lüks avtomobillə ilk dəfə ictimaiyyət qarşısına çıxması olub. Kimin bacısı Kim Yo Conq deyib ki, bu, Rusiya ilə münasibətlərin yaxşılaşmasına işarədir.

Ölkəsinin yeni istehsalı olan döyüş tankından istifadə edən Kim,  tankı "dünyanın ən güclüsü" adlandırıb.

ABŞ və Cənubi Koreya martın 4-də “Azadlıq Qalxanı” adlı birgə təlimə başlayıb. Bildirilib ki, 11 gün davam edəcək təlim iki ölkənin ümumi müdafiə duruşunu artırmaq məqsədi daşıyır və əsas diqqət quru, dəniz, hava və kiber alətlərdən istifadə etməklə çoxdomenli əməliyyatlara və nüvə əməliyyatlarına cavab veriləcək.
 





İlhamə Əli, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO