Lukaşenko növbəti prezident seçkilərində İŞTİRAK EDƏCƏK - VİDEO

Lukaşenko növbəti prezident seçkilərində İŞTİRAK EDƏCƏK - VİDEO

Hazırda oxunan: Lukaşenko növbəti prezident seçkilərində İŞTİRAK EDƏCƏK - VİDEO

179781

Aleksandr Lukaşenko növbəti prezident seçkilərinə gedəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Pul Pervoqo” saytı yazıb.

“Onlara (müxalifətə) deyin ki, mən seçkilərə gedəcəm”, - deyə o, qeyd edib.

Lukaşenkonun sözlərinə görə, dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur. Bu, bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük!”.

Xatırladaq ki, ölkədə prezident seçkiləri 2025-ci ildə keçiriləcək.

Yeri gəlmişkən, bu gün Belarusda parlamentə və Minskin yerli şuralarına namizədlər üçün ölkənin tarixində vahid (ilk bir günlük) səsvermə keçirilir.

Lukaşenko artıq səhər saatlarında seçki məntəqələrinin birində qeydiyyatdan keçib və Belarusda hökumətin devrilməsi variantlarının heç birinin işləməyəcəyini deyib. 

O, həmçinin bildirib ki, Belarus hakimiyyəti ölkə üçün təhlükələr barədə mesajlarla cəmiyyəti narahat etmir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO