Putin Şimali Koreya liderinə avtomobil hədiyyə etdi - FOTO

Hazırda oxunan: Putin Şimali Koreya liderinə avtomobil hədiyyə etdi - FOTO

178986

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

"Vladimir Putinin yoldaş Kim Çen Ina hədiyyəsini fevralın 18-də Rusiya tərəfindən Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin katibi Park Çonq Çon və Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çenq qəbul edib", - deyə mənbə qeyd edib.

Şimali Koreya liderinin bacısı Kim Yo Çenq bildirib ki, hədiyyə iki ölkə liderləri arasında yaradılmış xüsusi dostluq əlaqələrinin bariz sübutudur.

Xatırladaq ki, avtomobilin markası açıqlanmır. Keçən ilin sentyabrında Kim Çen In Rusiyaya gələndə Putin ona Aurus avtomobilinu göstərmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO