Dubay əhalisinin əksəriyyətini əcnəbilər təşkil edir. Kulinariya müxtəlifliyi buna uyğun formalaşır. Lakin Dubayın da özünəməxsus yeməkləri var.
Dubayda bir çox millətlərin fərqli dadlarını təklif edən çox sayda restoranlar var. Özünün ənənəvi mətbəxi ilə yanaşı Dubayda Livan mətbəxinə daha çox üstünlük verilir.
Dubay inkişaf edən iqtisadi və sosial həyatı ilə dünya turizmində əhəmiyyətli mövqeyə malikdir. Turist axınının çoxluğundan burada yemək çeşidi zənginləşdirilib.
Xüsusən də hindli mühacirlərin cəmləşdiyi şəhərdə hər büdcəyə uyğun hind restoranları üstünlük təşkil edir. Əgər vegetariansınızsa, bu restoranlarda bol çeşid tapa bilərsiniz. Son illərdə Livan, İtaliya və Yapon mətbəxlərinə maraq xeyli artıb. Çox bahalı restoranlarla yanaşı, sərfəli hesab etdiyimiz restoranlar da az deyil.
DUBAYIN MƏŞHUR QİDALARININ 6 NÜMUNƏSİ
Matchbous Makbus: Dubayda yerli əhalinin sevdiyi ən məşhur yeməklərdən biri olan Matchbous Makbus ədviyyatlı quzu ətini düyü ilə bişirməklə və ya güveçdə balıq bişirməklə hazırlanır.
Quzi: Bədəvi xörəyi olan quzi, ədviyyatlı və badamlı düyü plovunun üstündə quzu əti ilə bişirilən yeməkdir.
Mandi: Təndirdə yavaş-yavaş bişmiş toyuq ətindən hazırlanır. Tərkibində düyü olan Mandi pomidor sousu, qatıq və fındıqla verilir.
Shurba Addis: Dubayda insanların ən çox istifadə etdiyi yeməkdir. Bu yemək bir növ şorbanı xatırladır. Ədviyyatlarla zənginləşdirilmiş və müxtəlif ətlərlə qarışdırılmış mərcimək şorbasını.
Falafel: Noxud və küncüt qarışığından hazırlanmış küftələr qızardılmış şəkildə verilir. Ancaq süfrəyə verildikdə pide çörəyi, küncüt, noxud, göyərti və tahin sousu ilə verilir. Bu maddələrin birləşməsinə Falafel deyilir.
Umm Əli: Dubayın ən məşhur deserti. Deməli, Əlinin anası mənasını verən desert növüdür. Çörək pudinginə bənzəyən bu desertin üstünə dondurma qoyulur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:16 / 03.01.2024
Dubaya gedərkən dadmalı olduğunuz təamlar
Hazırda oxunan: Dubaya gedərkən dadmalı olduğunuz təamlar
Hazırda oxunan: Dubaya gedərkən dadmalı olduğunuz təamlar
171871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.