
- A-
- A
- A+
Zelenski ABŞ-dan uzun mənzilli ATACMS raketləri istədi
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşü zamanı Kiyevə uzun mənzilli ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb.
Bizim.Media “Politico” qəzetinə istinadən xəbər verir ki, noyabr ayında bir qrup respublikaçı deputat Kiyevin Krımdakı hədəfləri vura bilməsi üçün Ukraynaya uzun atəş məsafəsinə malik ATACMS raketlərinin tədarük olunmasını tələb edib.
Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusuna qarşı 165 kilometr uçuş məsafəsinə malik və kaset başlığı ilə təchiz edilən ATACMS raketlərindən istifadə edir.
Maksimum 300 kilometrədək hədəfləri vura bilən yer-yer tipli ATACMS (Army Tactical Missile System) taktiki ballistik raketləri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































