Kiyevdə raket hücumu nəticəsində yaralananların sayı 45-ə çatdı

Kiyevdə raket hücumu nəticəsində yaralananların sayı 45-ə çatdı

Hazırda oxunan: Kiyevdə raket hücumu nəticəsində yaralananların sayı 45-ə çatdı
168754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiyevə Rusiya tərəfindən atılan raketin dəf edilməsi zamanı 45 dinc sakin yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, yaralıların hamısı Dnipro rayonundandırlar. Bildirilib ki, xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfərə yerindəcə tibbi yardım göstərilib.

Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib. Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb.

Qeyd edək ki, teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “Iskander” olduğu güman edilən dörd ballistik raket atdığını bildirmişdilər, lakin bununla bağlı rəsmi məlumat hələlik verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO