Abdullahiandan XƏBƏRDARLIQ – “İsrail-HƏMAS müharibəsinin genişlənməsi qaçılmazdır”

Abdullahiandan XƏBƏRDARLIQ – “İsrail-HƏMAS müharibəsinin genişlənməsi qaçılmazdır”

Hazırda oxunan: Abdullahiandan XƏBƏRDARLIQ – “İsrail-HƏMAS müharibəsinin genişlənməsi qaçılmazdır”

163757

“İsrail və HƏMAS arasında müharibənin genişləndirilməsi qaçılmazdır”. 

Bizim.Media “İRNA”ya istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığında səsləndirib. 

“Qəzzada mülki əhaliyə qarşı müharibənin intensivliyinin artması səbəbindən müharibənin miqyasının genişlənməsi qaçılmaz olub”, - deyə iranlı nazir bildirib. 
Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra İran rəsmiləri dəfələrlə rəsmi Tel-Əvivi yeni cəbhə açmaqla təhdid ediblər. İranın təhdidlərinə cavab olaraq ABŞ bölgəyə iki qrup təyyarədaşıyan gəmi və bir nüvə sualtı qayığını göndərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO