Netanyahu:

Netanyahu: "Biz qurudan hücuma hazırlaşırıq"

Hazırda oxunan: Netanyahu: "Biz qurudan hücuma hazırlaşırıq"

161549

"İsrail ordusu qurudan hücuma hazırlaşır".

Bizim.Media   xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın 7 oktyabrda ölkəsinə qarşı həyata keçirdiyi hücumlar və İsrail ordusunun Qəzza zolağına qurudan hücumu ilə bağlı mətbuata açıqlamasında deyib.

Qəzzaya planlaşdırdıqları quru hücumuna işarə edən Netanyahu deyib:

“Bunun nə vaxt və necə olacağı ilə bağlı heç bir təfərrüat verməyəcəyəm. Nəzərə aldığımız qiymətləndirmələr barədə ətraflı məlumat verməyəcəyəm. Bu qiymətləndirmələrin əksəriyyəti İsrail ictimaiyyətinə məlum deyil və bu yaxşı haldır”.

HƏMAS-ın hücumlarına görə İsrail ictimaiyyəti tərəfindən hökumətə qarşı edilən tənqidlərə toxunan Netanyahu belə davam edib: 

“Oktyabrın 7-si tariximizdə çox qaranlıq bir gün oldu. Bizdən cənubda, Qəzza ilə sərhədimizdə baş verənləri araşdıracağıq və mən də daxil olmaqla hamı cavab verməli olacaq. Amma bütün bunlar müharibədən sonra baş verəcək”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO