Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsi açıqlandı

Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsi açıqlandı

Hazırda oxunan: Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsi açıqlandı

160253

Türkiyənin qarşıdakı beş ilini əhatə edəcək İnkişaf Planı hazırlanaraq parlamentə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın X sosial media hesabından məlumat yayılıb.

Məlumatda deyilir:

“2053 hədəfləri əsasında hazırladığımız və Türkiyənin gələcək beş ili üçün yol xəritəsi olacaq 12-ci İnkişaf Planımızı tamamladıq. QHT-lər, peşəkar təşkilatlar və iş dünyasının təmsilçiləri ilə ortaq fikir əsasında hazırlanan plan müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”.
Beş ana maddədən ibarət plan özündə “Bacarıqlı insan, möhkəm ailə, sağlam cəmiyyət”, “Sabit inkişaf, güclü iqtisadiyyat”, “Yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal”, “Təbii fəlakətlərə davamlı yaşayış sahələri, davamlı ətraf mühit” və “Ədalətə əsaslanan demokratik, yaxşı idarəçilik” bəndlərini əks etdirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO