Polşada parlament seçkiləri başa çatdı

Polşada parlament seçkiləri başa çatdı

Hazırda oxunan: Polşada parlament seçkiləri başa çatdı

159997

Polşada növbəti parlament seçkiləri və referendum üzrə səsvermə başa çatıb.

Bizim.Media xəbər verir ki, 14 saatlıq fəaliyyətdən sonra yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) ölkə üzrə seçki məntəqələri bağlanıb.

Dövlət Seçki Komissiyasının (DSK) son məlumatlarına görə, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) seçici fəallığı rekord sayda – 57,54 % təşkil edib. Yerli mətbuat seçki məntəqələri qarşısında axşam saatlarınadək davam etmiş uzun növbələrin yarandığını bildirib.

Seçkilər ciddi pozuntular olmadan keçirilib.

Polşa vətəndaşları Seymə (parlamentin aşağı palatası) 460 deputat və 100 senator (yuxarı palata üzvləri) seçiblər. Eyni zamanda, ölkədə pensiya yaşı, dövlət müəssisələrinin satışı, miqrasiya siyasəti və Polşa-Belarus sərhədinin təhlükəsizliyi ilə bağlı məsələlərlə bağlı referendum keçirilib.

Dövlət Seçki Komissiyası səslərin hesablanmasına başlayır və ilk rəsmi məlumatları bazar ertəsi, yekun nəticələri isə oktyabrın 17-də təqdim etmək niyyətindədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO