Burak Yılmaz Ronaldonu geridə qoydu - RƏSMİ STATİSTİKA

Burak Yılmaz Ronaldonu geridə qoydu - RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Burak Yılmaz Ronaldonu geridə qoydu - RƏSMİ STATİSTİKA
15845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldunu geridə qoyub.

Bizim.Media "Voetbal International"a istinadən xəbər verir ki, "ay-ulduzlular"ın kapitanı XXI əsrdə "narıncılar"ı bir rəsmi matçda 3 dəfə məyus edən yeganə futbolçu ünvanına yiyələnib.

Burak Yılmaz martın 24-də 4:2 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyununun 15-ci, 34-cü (penalti ilə) və 81-ci dəqiqələrində qol vuraraq, het-trik edib.

Bundan başqa Yılmaz 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin həm səfər (1:1), həm də ev oyununda (3:0) fərqlənib. Beləliklə, 36 yaşlı forvard Niderlandla qarşılaşmalarda ümumilikdə 5 qol müəllifi olub.

Ronaldu isə "narıncılar"ın qapısından AVRO-2004-də 1, AVRO-2012-də 2 top keçirib. Daha 1 qol isə 2013-cü ildə yoldaşlıq görüşünə təsadüf edib.

Qeyd edək ki, Portuqaliya yığması martın 24-də DÇ-2022-nin seçmə matçında Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəlib. Kriştianu Ronaldu sonadək meydanda olsa da, fərqlənə bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO