Çexiya ABŞ-dan 24 ədəd “F-35” qırıcısı alacaq

Hazırda oxunan: Çexiya ABŞ-dan 24 ədəd “F-35” qırıcısı alacaq

157305

Çexiya hökuməti ABŞ-dən 24 ədəd “F-35” səsdən sürətli qırıcı təyyarə almağa qərar verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında bildirib.

“İlk təyyarələr 2029-cu ildə hazır olacaq, pilotlarımız ABŞ-də bu qırıcılarla təlimlərə başlayacaq. 2031-ci ildə ilk qırıcılar Çexiyaya gələcək, 2035-ci ildə isə 24 təyyarənin hamısı ordumuzun arsenalında olacaq.
Bu məsələdə ordunun tövsiyəsi əsasında hərəkət edirik. Hökumət vətəndaşlarımızın və bütövlükdə ölkəmizin təhlükəsizliyini təmin etməyi əsas öhdəliklərindən biri hesab edir. Bunu etməyin ən yaxşı yolu isə ordunu modernləşdirməkdir”, - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO