Rumıniya qəzetində Laçın şəhəri haqqında məqalə dərc olundu - FOTO

Rumıniya qəzetində Laçın şəhəri haqqında məqalə dərc olundu - FOTO

Hazırda oxunan: Rumıniya qəzetində Laçın şəhəri haqqında məqalə dərc olundu - FOTO
152509
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “26 avqust – Laçın günü” sərlövhəli məqaləsini dərc edib.

Bizim.Media xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağını Laçın şəhərində qaldırdığı qeyd edilir. Bildirilib ki, son 30 ildə ermənilər Laçında qanunsuz məskunlaşmalar aparsalar da, məqsədlərinə nail ola bilməyiblər.

Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə çalan Azərbaycan əsgəri indi Laçının keşiyində dayanır. 44 günlük vətən müharibəsinin tarixi və nəticələri, Laçının qaytarılması, əlavə yolun çəkilməsi kimi məlumatlar məqalədə yer alıb.
Dövlətimizin başçısının Laçına səfəri, burada quruculuq işləri ilə tanış olması, inşa olunan evlərin açarlarını sakinlərə təqdim etməsi məqalədə xüsusi vurğulanıb. Bildirilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, qurumun Təhlükəsizlik Şurası, ATƏT bu günə kimi Ermənistana qarşı apardığı təcavüzkar siyasətinə görə hələ də heç bir sanksiya tətbiq etməyib.

Rumıniya qəzetində Laçın şəhəri haqqında məqalə dərc olundu - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO