Kanadanın Baş naziri atası kimi həyat yoldaşından ayrıldı

Kanadanın Baş naziri atası kimi həyat yoldaşından ayrıldı

Hazırda oxunan: Kanadanın Baş naziri atası kimi həyat yoldaşından ayrıldı
149318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kanadanın Baş naziri 51 yaşlı Castin Trüdo və həyat yoldaşı 48 yaşlı Sofi 18 il davam edən nikahdan sonra ayrılmaq qərarına gəliblər.

Bizim.Media BBC News telekanalına istinadən xəbər verir ki, rəsmi bəyanata əsasən, onlar boşansalar da, cəmiyyət qarşısına birlikdə çıxacaqlar.

Castin Trüdo Sofi ilə 2003-cü ildə onun televiziya aparıcısı işlədiyi vaxt tanış olub və iki il sonra evlənib. Onların üç övladı var - 15 yaşlı Ksavyer, 14 yaşlı Ella-Qreys və 9 yaşlı Hadriena.

Mart ayında Kanadada ABŞ Prezidenti Cozef Baydeni qəbul edən və may ayında Böyük Britaniyada Kral III Çarlzın tacqoyma mərasiminə qatılan Castin və Sofi son illər ictimaiyyət qarşısına nadir hallarda birlikdə çıxırlar.
Castin vəzifədə olarkən boşanan ikinci baş nazir kimi Kanada tarixinə düşüb. Onun atası, iki dəfə baş nazir olmuş Pyer Elliot Trüdo 1977-ci ildə altı illik nikahdan sonra həyat yoldaşı Marqaretdən ayrılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO