BMT Taxıl Sazişinin bərpası üzərində işləyir 

BMT Taxıl Sazişinin bərpası üzərində işləyir 

Hazırda oxunan: BMT Taxıl Sazişinin bərpası üzərində işləyir 

147984

“BMT “Taxıl sazişi”nin bərpa etmək üçün səy göstərir, lakin hələlik bu işin təfərrüatlarını açıqlaya bilmir”. 

Bizim.Media xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib. 

“Biz, artıq dediyimiz kimi, həm Ukraynadan, həm də Rusiyadan ərzaq və gübrə tədarükünün davam etdirilməsini axtarmağa davam edirik.

Hazırda bununla bağlı hər hansı təfərrüat verə bilmərəm, lakin baş katib daha əvvəl açıq şəkildə bildirdi ki, o, bu cəbhədə işi dayandırmır. Bu, təkcə bu iki ölkə üçün deyil, bütün dünyanın rifahı üçün son dərəcə vacibdir. Biz təsdiq edə bilərik ki, səylərimizi davam etdiririk”- deyə, o bildirib. 
BMT rəsmisi əlavə edib ki, təşkilat Rusiyadan “Taxıl sazişi”nin ləğvi ilə bağlı bildiriş alıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO