Türkiyə voleybolçuları ilk dəfə dünya reytinqində birinci oldu - VİDEO

Türkiyə voleybolçuları ilk dəfə dünya reytinqində birinci oldu - VİDEO

Hazırda oxunan: Türkiyə voleybolçuları ilk dəfə dünya reytinqində birinci oldu - VİDEO

146737

ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən FIVB Millətlər Liqasının finalında voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Çinlə qarşılaşıb.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, 25-22, 22-25, 25-19, 25-16 hesablı setlər sayəsində rəqibini 3-1 hesabı ilə məğlub edən “sultanlar” komandanın tarixində ilk dəfə yarışın qızıl medalını qazanıblar. 

Bununla da, millilər Türkiyə voleybol tarixində ilk dəfə dünya sıralamasında birinci yerə yüksəlməyi bacarıblar.

Qeyd edək ki, ilk dəfə 2018-ci ildə Millətlər Liqası adı altında təşkil edilən turnirdə Türkiyə ikinci, 2019 və 2022-ci illərdə dördüncü, 2021-ci ildə isə üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, 2022-ci ilin sonlarından komandaya italyan baş məşqçisi Daniele Santarelli rəhbərlik edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO