Simonyan və Solovyovdan ÇAĞIRIŞ: “ London və Kiyevə zərbə endirin”

Hazırda oxunan: Simonyan və Solovyovdan ÇAĞIRIŞ: “ London və Kiyevə zərbə endirin”

146695

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Krım körpüsünə hücumun Britaniya xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirildiyini iddia edib. 

Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq o, Londona zərbə endirməyi təklif edib.

“Krım körpüsünə hücumun Britaniya kəşfiyyatının köməyi ilə həyata keçirildiyi doğrudursa, bu, Touer körpüsünü qanuni hədəfə çevirirmi? Mənim üçün ora hədəfdir”, deyə Simonyan sosial şəbəkədə yazıb.



Öz növbəsində Kremlin digər “ruporu” Vladimir Solovyov da Ukrayna hakimiyyətinə qarşı təhdidlər edib.

"Bankovaya hələ də dayanır. Bəs Ali Radanın binası niyə dağılmayıb? Bəs Dnepr üzərindəki körpülər haqqında nə demək olar? Onlar hələ də dayanırlar?”, deyə Solovyov Telegram kanalında qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO