Gümrüdəki Rusiya bazasında hərbçi və arvadına hücum edildi - Hər ikisi yaralandı

Gümrüdəki Rusiya bazasında hərbçi və arvadına hücum edildi - Hər ikisi yaralandı

Hazırda oxunan: Gümrüdəki Rusiya bazasında hərbçi və arvadına hücum edildi - Hər ikisi yaralandı
14669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edərək onları yaralayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məluamta görə, hadisə 10 mart tarixində baş verib. Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib.

 

MÖVZU İLƏ BAĞLI:

Rus hərbçisi avtomobildə yandı - Ermənistanda


Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.

Bir qədər sonra onun həyat yoldaşı Siruş səs eşidərək evdən çıxıb. Bu zaman o, ərinin maskalı şəxslə dalaşdığını görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb. Belə olduqda maskalı şəxs ona da bıçaqla hücum edib.

Hadisə yerinə hüquq mühafizə orqanları cəlb olunub.  Hazırda cinayətkarın axtarışı davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO