Azərbaycanlı alim Kanada Fields İnstitutunun ömürlük mükafatına layiq görüldü - FOTO

Hazırda oxunan: Azərbaycanlı alim Kanada Fields İnstitutunun ömürlük mükafatına layiq görüldü - FOTO

143671

Dünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Fields İnstitutunun direktoru Prof. Dr. Kumar Murti adından azərbaycanlı alimə məktub ünvanlanıb.

Qeyd edək ki, azərbaycanlı elm xadimi dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.

Xatırladaq ki, 1991-ci ildən Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı 21 oktyabr 1953-cü il tarixində Azərbaycanın Zaqatala rayonunda anadan olub. 32 il Almaniyada daimi yaşamasına və professor kimi çalışmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO