Priqojinin planlarından rus generallarının xəbəri olubmu?

Hazırda oxunan: Priqojinin planlarından rus generallarının xəbəri olubmu?

143642

Ukraynadakı Rusiya qoşunları qruplaşmasının komandirinin müavini, general Sergey Surovikin Vaqner özəl hərbi təşkilatının yaradıcısı Yevgeni Priqojinin Rusiyanın hərbi rəhbərliyinə qarşı üsyana başlamaq planlarından əvvəlcədən xəbərdar olub.

Bizim.Media "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Amerika rəsmiləri kəşfiyyata yaxın mənbələrdən alıb.

Vaşinqtonda general Surovikinin həftə sonu Priqojinə kömək edib-etmədiyini öyrənməyə çalışırlar. Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Priqojinin hərbi çevriliş cəhdini digər rus generalların da dəstəklədiyini bildiriblər.

“Priqojin hakimiyyətdəki digər şəxslərin ona kömək edəcəyinə inanmasaydı, qiyam qaldırmazdı. General Surovikin ötən həftəsonu hadisələrdə iştirak etsəydi, bu, Putinin Ukraynada müharibəsi başlayandan bəri Rusiyanın hərbi rəhbərliyini xarakterizə edən daxili çəkişmələrin son əlaməti olardı, Priqojin və Putin tərəfdarları arasında daha geniş parçalanmanın olduğunu göstərə bilərdi.
Qəzetin qeyd etdiyi kimi, iyunun 27-də Yevgeni Priqojin və "Vaqner"ə qarşı üsyanla bağlı cinayət işi bağlanıb. Bununla belə, əgər Putin general Surovikinin Priqojinə birbaşa yardım etdiyinə dair sübutlar aşkar edərsə, onu öz komandanlığından uzaqlaşdırmaqdan başqa yolu qalmayacaq. Bu barədə  rəsmilər və analitiklər NYT-yə bildiriblər.

Vaşinqtonda hesab edirlər ki, Priqojinin böyük bir rus hərbi mərkəzini ələ keçirməsinə və Moskvaya silahlı yürüş əmri verməsinə baxmayaraq, hələ də sağ qalması Surovikinin üsyanı dəstəkləməsi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO