Rusiyada spirtli içkilərin satışı qadağan EDİLƏ BİLƏR 

Hazırda oxunan: Rusiyada spirtli içkilərin satışı qadağan EDİLƏ BİLƏR 

143492

Rusiya Dövlət Duması yaşayış binalarındakı mağazalarda spirtli içkilərin satışını qadağan etməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb. 

Bildirilib ki, bu barədə qanun layihəsi yaxın vaxtlarda Dövlət Dumasına Vahid Rusiyadan olan deputatlar tərəfindən təqdim olunacaq.

Qanun layihəsinə əsasən, yaşayış binalarında yerləşən müəssisələrdə spirtli içkilərin satışına yalnız mülkiyyətçilərin ümumi yığıncağı icazə verə bilər.  

Deputatlar bu niyyətlərini sakinlərin belə müəssisələrlə bağlı kütləvi şikayətləri ilə izah edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO