“Titan”nın ekipaj üzvlərinin öldüyü TƏSDİQLƏNDİ 

“Titan”nın ekipaj üzvlərinin öldüyü TƏSDİQLƏNDİ 

Hazırda oxunan: “Titan”nın ekipaj üzvlərinin öldüyü TƏSDİQLƏNDİ 

142847

ABŞ Sahil Mühafizəsi itkin düşən “Titan” sualtı qayığının (batiskaf) ekipajının öldüyünü təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi “Twitter” hesabında məlumat verilib. 

Bildirilib ki, bu gün "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının vasitəsilə aşkarlanan qalıqlar "Titan" qayığının hissələri olub. 

Xatırladaq ki, turistləri “Titanik” gəmisinin qəzaya uğradığı əraziyə çatdırmaq üçün ora üzən sualtı qayıq bazar günü Atlantik okeanında yoxa çıxıb.  

Ekipaj 5 nəfərdən ibarət olub. Sonradan məlum olub ki, qayığın  göyərtəsində "Action Aviation" şirkətinin rəhbəri, britaniyalı milyarder Hemiş Hardinq və bu sualtı qayığa sahib olan "OceanGate Expeditions" şirkətinin yaradıcısı Stokton Raş olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO