Dağıstanda  ingilis dilində reklam lövhələri sökülür

Dağıstanda  ingilis dilində reklam lövhələri sökülür

Hazırda oxunan: Dağıstanda  ingilis dilində reklam lövhələri sökülür
1427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağıstanda respublika rəhbərinin səlahiyyətlərini icra edən Sergey Melikovun tələbi ilə mağazaların ingilis dillində yazılmış reklam  lövhələri dağıdılır.

Bizm.Media currenttime.tv -yə istinadən xəbər verir ki, Mahaçqala administrasiyasının rəsmiləri “New Balance” idman malları mağazasından bir lövhə və reklam plakatını cırıb. 

Mağaza nümayəndələri etiraz edərək  heç kimin onlara əvvəlcədən xəbərdarlıq etmədiyini bildirib və  hadisəni törədənləri "vandallar" adlandırıblar.
 
Bundan əvvəl Xasavyurt rəhbərliyi ingilis dilində yazılan reklamın sökülməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Rusiya Milli Qvardiyasının keçmiş baş komandan müavini, general-polkovnik Sergey Melikov oktyabrın 5-də Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edildikdən 2 həftə sonra şəhərsalmanın inkişafı üzrə şuranın iclasında noyabr ayının sonuna qədər xarici reklamlarla bağlı "işləri qaydaya salmağı" əmr edib.

Melikov  Dağıstandakı bir çox kafe və mağazanın xarici şəhərlərin adlarını daşıdığına və hətta bu adların "bütün pisliklərin  xaricdən gəldiyi şəraitdə" “latınca” yazılmasına görə qəzəblənib. Melikov bu cür reklamların heç bir əxlaqi dəyərlərə sığmadığını vurğulayıb. 

Aynur Nadirqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO