Türkiyədə güclü partlayış  - YENİLƏNİB

Türkiyədə güclü partlayış - YENİLƏNİB

Hazırda oxunan: Türkiyədə güclü partlayış - YENİLƏNİB

140076
Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.

Moderator.az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. 

Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. 

Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.  

Baş nazir Binəli Yıldırım terror hücumu zamanı 1 polis əməkdaşı və 2 mülki vətəndaşın həlak olduğunu bildirib. Yaralıların sayı 30-dan çoxdur.

***

Türkiyənin cənubi-şərqində Mardin vilayətində Təhlükəsizlik İdarəsinin binasının yaxınlığında güclü partlayış baş verib.

Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror aktı nəticəsində ən azı iki polis ölüb, 20-dən çox adam yaralanıb. 

İlkin məlumata görə, minalanmış avtomobildə 500 kq yaxın partlayıcı olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO