Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

Hazırda oxunan: Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

618618

Rusiya Finlandiya sərhədi yaxınlığında, Petrozavodsk şəhəri ətrafındakı Novaya Vilqa kəndində yeni hərbi bazanın inşasına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" nəşri ölkənin hərbi eksperti və keçmiş kəşfiyyat zabiti Marko Eklunda, eləcə də peyk görüntülərinə istinadən məlumat yayıb.

Layihənin təfərrüatları barədə aşağıdakılar məlumdur:

Tikintinin miqyası: İnşaatın aktiv fazası 2026-cı ilin baharında start götürüb. Hazırda gələcək hərbi şəhərciyin ərazisində 10-a yaxın böyük kazarma binası ucaldılır. Ekspertlər qeyd edirlər ki, indiyə qədər regionda yalnız Sovet dövründən qalma obyektlərin modernləşdirilməsi ilə kifayətlənildiyi halda, bu yeni layihə görünməmiş miqyasdadır.

Tikintinin xronologiyası: Peyk şəkillərinin analizinə əsasən, ərazinin hazırlanmasına hələ 2025-ci ilin sonunda başlanılıb. Meşə sahələrinin ilk kəsilməsi ötən ilin noyabrında qeydə alınıb, qış aylarında isə irimiqyaslı torpaq işlərinə start verilib.

Finlandiyalı müşahidəçilərin qiymətləndirməsinə görə, bu yeni qarnizon son onilliklərdə Rusiyanın Finlandiya sərhədinə yaxın ərazidə inşa etdiyi ən böyük hərbi obyektlərdən biri ola bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO