Məşhur aktrisa Elizabet Hörli 61-ci doğum gününü qeyd edib. Bu özəl gün münasibətilə o, sarı bikinidə bədən quruluşunu nümayiş etdirən cəsarətli fotosessiyanı İnstagram hesabında paylaşıb.
Bizim.Media xəbər verir ki, kosmetika nəhəngi "Estée Lauder"in dəyişməz siması olan ulduz, fotonun şərhində hazırda özünü tamamilə xoşbəxt hiss etdiyini bildirib.
Billi Rey Sayrusla eşq yaşayan aktrisa hisslərini bu sözlərlə bölüşüb:
"Doğum günüm mübarək! Əvvəllər dəhşətli dərəcədə qorxurdum ki, yaşım artdıqca həyatım darıxdırıcı olacaq, özüm isə dünyadan yorulmuş bir deyingənə çevriləcəyəm... Amma sizə şad xəbər verməyə tələsirəm: əgər təslim olmasanız və ruhdan düşməsəniz, hər şey tam tərsinə olacaq!"
Elizabet hazırda taleyinin gedişatından heyran olduğunu vurğulayıb:
"Bu gün mən həyatımı ÇOX SEVİRƏM! Ətrafımda ən möhtəşəm dostların və ailəmin olmasına görə ürəkdən minnətdaram. Onlar mənim həyatımı yüz qat daha gözəl edirlər və mən onları bütün qəlbimlə sevirəm".

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:51 / 11.06.2026
61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi
Hazırda oxunan: 61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi
Hazırda oxunan: 61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi
618613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































