Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

Hazırda oxunan: Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

618617

Çin Xalq Respublikasının Sədri Si Cinpin Şimali Koreyaya (KXDR) gözlənilməz səfər edib.

Bizim.Media xəbər verir ki, ABŞ-ın "CBS News" telekanalının ekspertlərə istinadən yaydığı məlumata görə, bu səfərin arxasında Şimali Koreya lideri Kim Çen Inın ABŞ-la bağlı planlarını yaxından "təqib etmək" məqsədi dayanır.

Analitiklər hesab edirlər ki, Pekinin "əsl motivasiyası" nüvə silahına malik olan qonşusunun gələcək addımlarını nəzarətdə saxlamaqdır.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Bob Karlin mühüm məqamlara toxunub:

"2023-cü ildən bəri Kim Çen In Şimali Koreyanın strateji siyasətinin mərkəzini tamamilə dəyişib. Uzun illər boyu Pxenyanın məqsədi ABŞ ilə münasibətləri normallaşdırmaq idi. İndi isə bu hədəf ortadan qalxıb.

Onlar artıq ABŞ-a birbaşa qarşı durmaq istəyirlər. Bu vəziyyət Si Cinpin üçün ciddi problem yaradır. Çünki Çin yaxşı anlayır ki, Kim ABŞ ilə hər hansı bir münaqişəyə girsə, bu, belə və ya digər şəkildə Çinə də təsir edəcək".

Ekspertin fikrincə, Pekin Pxenyanın planlarından öncədən xəbərdar olmalıdır ki, ehtiyac yarandıqda ona "məsləhətlər verə bilsin və mümkün olduqca onu aqressiv addımlardan çəkindirsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO