Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

Hazırda oxunan: Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

618540

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi partiyanın ümummilli seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və daha əvvəl də onun yenidən seçilməsini dəstəklədiyini qeyd edib.

Bizim.Media bu barədə “News.am”a istinadla xəbər verir.
 

"Nikol Paşinyanı Ermənistandakı ümummilli seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm. Onun yenidən seçilməsini dəstəklədiyim üçün çox qürur duyuram və şübhə etmirəm ki, onun rəhbərliyi altında gözəl Ermənistan ölkəsi bütün gözləntiləri aşaraq böyük uğur və firavanlıq səviyyəsinə çatacaq", — deyə Tramp bəyan edib.


Onun sözlərinə görə, seçkilərin nəticələri Ermənistan üçün dövlətin gələcək inkişafı və güclənməsi istiqamətində yeni imkanlar açır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO