Donald Tramp futbol üzrə dünya çempionatında ABŞ komandasının ilk qarşılaşmasında iştirak etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə "Politico" qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ və Paraqvay yığmaları arasındakı oyun iyunun 12-dən 13-nə keçən gecə Los-Ancelesdə baş tutacaq.
Paraqvay Prezidenti Santyaqo Penya öz milli komandasını dəstəkləmək üçün bu oyunda mütləq iştirak edəcəyini bildirib. O, iyunun 11-də ABŞ-a gələcək və ölkədə dörd gün qalacaq.
Görüşdə ABŞ-ın rəsmi nümayəndə heyətinə prezidentin əvəzinə Dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən 23-cü dünya çempionatı iyunun 11-də Mexikodakı "Atsteka" stadionunda Meksika və CAR yığmaları arasındakı açılış oyunu ilə start götürür. Turnirin oyunları 3 ölkənin (ABŞ, Meksika, Kanada) 16 şəhərindəki 16 stadionda keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:17 / 11.06.2026
Tramp DÇ-2026-da ABŞ-ın ilk matçına qatılmayacaq
Hazırda oxunan: Tramp DÇ-2026-da ABŞ-ın ilk matçına qatılmayacaq
Hazırda oxunan: Tramp DÇ-2026-da ABŞ-ın ilk matçına qatılmayacaq
618599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































