PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

Hazırda oxunan: PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ
618537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.


"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - XİN-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO