Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Hazırda oxunan: Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

618520

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1248 (Cild I) dəyişikliklər edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN


"6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.";

"7.6. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) bu Qanunun 6.3.5-ci və 6.3.6-cı maddələrində nəzərdə tutulan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.".

Bundan başqa, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar:

"Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO