Valideynlər uşaqların sosial şəbəkədə keçirdiyi vaxtı da idarə edə biləcəklər – RƏSMİ

Valideynlər uşaqların sosial şəbəkədə keçirdiyi vaxtı da idarə edə biləcəklər – RƏSMİ

Hazırda oxunan: Valideynlər uşaqların sosial şəbəkədə keçirdiyi vaxtı da idarə edə biləcəklər – RƏSMİ
618475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur".

Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən İnzibati Xətalar Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, layihədə xüsusilə effektiv tənzimləmə və nəzarət mexanizmləri yer alır:

“Valideynlər bu alətlər vasitəsilə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı idarə edə biləcəklər. Eyni zamanda onların qarşısına çıxan məzmun və reklamlar da valideyn nəzarəti ilə tənzimlənəcək. Bu yanaşma uşaqların psixoloji və fizioloji inkişafının erkən mərhələdə zədələnməsinin qarşısını almağa və onların real sosial-mədəni mühitə adaptasiyasını təmin etməyə xidmət edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO